Qayda pozdu – 1678 manat cəriməsi olduğu üzə çıxdıbackend

Qayda pozdu - 1678 manat cəriməsi olduğu üzə çıxdı

Avtomobili qeydiyyat nişansız idarə etməklə yanaşı, 1678 manat cərimə borcu olan şəxs saxlanılıb. 

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, “Khazar” markalı, 99-GJ-880 dövlət qeydiyyat nişanlı avtomobili nömrə nişanları olmadan idarə etdiyi üçün Əlimusa İsmayılov DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları tərəfindən saxlanılıb:

“Yoxlama zamanı onun avtomobili hüquqsuz idarə etməsi, habelə saxlanılan avtomobilin üzərində əvvəllər törədilmiş yol hərəkəti qayda pozuntularına görə 1678 manat məbləğində ödənilməmiş cərimə borcunun olması aşkar edilib”.

Sürücülük hüququ olmayan Əlimusa İsmayılov 5 ay bundan əvvəl bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətdiyi üçün barəsində görülən qanunamüvafiq tədbirlərdən düzgün nəticə çıxarmayıb, eyni əməllərə yol verməklə özünün və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmaqdan çəkinməyib.

Bir daha bütün yol hərəkəti iştirakçılarından yol hərəkəti qaydalarına ciddi riayət etmələrini xahiş edir, insanların həyat və sağlamlıqlarını təhlükəyə atacaq əməllərdən çəkinməyi onların diqqətlərini çatdırırıq”.

(Qafqazinfo)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*