“Qayınana” filminin kadrarxası unikal görüntüləri – VİDEObackend

"Qayınana" filminin kadrarxası unikal görüntüləri - VİDEO

1978-ci il istehsalı olan məşhur “Qayınana” filminin kadrarxası görüntüləri yayımlanıb.

KONKRET.az xəbər verir ki, görüntüləri Azərbaycan Kinematoqrafçılar İttifaqının “Youtube” kanalı paylaşıb.

Bildirilib ki, jurnalist Telli Pənahqızının hazırladığı süjet “Qayınana” filminin çəkiliş prosesini əks etdirir.

Süjetdə Hüseyn Seyidzadə və baş rolun ifaçısı Nəsibə xanım Zeynalovadan başqa aktrisa İnarə Quliyeva və filmin quruluşçu operatoru Fikrət Əsgərov əks olunub.

Süjeti ittifaqa ssenarist Füzuli Sabiroğlu təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*