Qaz kəmərində partlayış baş verdi – Ölənlər varbackend

Qaz kəmərində partlayış baş verdi - Ölənlər var

İranın qərbindəki Abdanan şəhərində qaz kəmərində partlayış baş verib.

KONKRET.az xəbər verir ki, hadisə nəticəsində iki fəhlə həlak olub, daha iki nəfər yaralanıb.

Şəhər administrasiyası rəhbərinin sözlərinə görə, qaz partlayışı nəticəsində yaşayış binası dağılıb. İlkin məlumata görə, partlayış özəl telekommunikasiya şirkətlərindən biri tərəfindən aparılan qazıntı işləri zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*