“Qaz limiti təkcə vətəndaşa zərbə vurmur, həm də fəlakətə də aparır, ləğv edilməlidir” – Aslan İsmayılovdan ETİRAZbackend

"Qaz limiti təkcə vətəndaşa zərbə vurmur, həm də fəlakətə də aparır, ləğv edilməlidir" - Aslan İsmayılovdan ETİRAZ

Tanınmış Hüquqşünas Aslan İsmayılov qaz limiti ilə bağlı narazılığını dilə gətirib.

KONKRET.az xəbər verir ki, hüquqşünas cəmiyyəti boğaza yığan qaz limiti məsələsinin həm vətəndaşa, həm də ekologiyaya böyük zərbə vurduğunu qeyd edib:

“Gördüyüm odur ki, insanları ən çox boğaza yığan qaz limiti məsələsidir. Başa düşürəm ki, bu təşəbbüsü büdcə doldurmaq məqsədi ilə irəli sürüblər. Ancaq bunun fəsadları barədə düşünən olubmu?!”.

Hüquqşünas vurğulayıb ki qazda limit tətbiq olunandan sonra meşələrin qırılması da artıb:

“Onsuz da ekoloji fəlakət yaşayan meşələrimiz bu limit məsələsindən sonra kütləvi qırılmağa başlayıb. Qaz pulu dərdindən hərə əlinə bir balta alıb həyətində olan ağacları, meşələri qırırlar. Bu gün Avropanın qaz təhlükəsizliyinə təminat verən, nefti 2014-cü ildən sonra ilk dəfə 100 ABŞ dollarından yuxarı qiymətə satılan Azərbaycan niyə öz vətəndaşlarına qaz limiti tətbiq etməlidir?!”.

Aslan İsmayılov iqlimi mülayim və sərt olan rayonlarda eyni qaz limitinin tətbiqinə də etiraz edib:

“Niyə mülayim havası olan Kürdəmirdə, Saatlıda yaşayan vətəndaşla sərt soyuğu olan Qusarda, Lerikdə yaşayan vətəndaşa (misal üçün) eyni qaz limiti tətbiq edilməlidir?! Başa düşmək lazımdır ki, rayonlarda insanlar əsasən həyət evlərində yaşayırlar və orada evlərin sahələri böyükdür. Bu limiti təklif edənlər apartamentlərdə oturublar və hesab edirlər ki, kasıb əhali Bakıda olduğu kimi ancaq 30-40 kvadratlıq evlərdə yaşayır.
Hesab edirəm ki, bu məsələlər nəzərə alınmalı, qaz limiti məsələsinə yenidən baxılmalıdır. Büdcəni doldurmağın kifayət qədər alternativ yolları var. Tətbiq edilən qaz limiti isə ancaq sosial partlayışa gətirən addımdır”.
Vəsilə İbrahim 
KONKRET.az
  • Oxucu
    Fevral 19, 2022 - 01:15

    Qaz limiti bütün həyət evlərində yaşayanların var-yoxunu talan edir. Yüksək vəzifə sahibləri ümumiyyətlə qaz pulu vermirlər, kasıbların isə beli qırılır. Üstəlik qaza bolluca hava qatılır. Qazı yandıran kimi onun rənginə uyğun hava qatılması özünü göstərir. Qaz qırmızılı yanırsa, havası çoxdur, tamam mavi yanırsa, ya təmizdir, ya da havası azdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*