Qaz sayğaclarının yoxlanılmasına görə xidmət haqqı açıqlandıbackend

Qaz sayğaclarının yoxlanılmasına görə xidmət haqqı açıqlandı

Qaz sayğaclarının yoxlanılmasına görə xidmət haqqı məlum olub.

KONKRET.az xəbər verir ki, bu ödənişləri Azərbaycan Metrologiya İnstitutu açıqlayıb.

Sayğacın növündən asılı olaraq ödənişləri təqdim edirik:

– diafraqma tipli G2.5, G4, G6 mexaniki qaz sayğaclarının müayinəsi – 7.29 manat;

– G10, G16, G25 mexaniki qaz sayğaclarının müayinəsi – 39.10 manat;

– diafraqma tipli G4, G6 (İtron) smart-kart sayğaclarının müayinəsi – 7.21 manat;

– G10 (Gulf), G10 (İtron) smart-kart sayğaclarının müayinəsi – 35.26 manat.

Yalnız “Azəriqaz”ın sayğacda nöqsan olduğuna şübhəsi olarsa, müayinə pulsuz aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*