Qazaxıstanda böhran əleyhinə operativ qərargah yaradıldı – Dolların bahalaşmasına görəbackend

Qazaxıstanda böhran əleyhinə operativ qərargah yaradıldı - Dolların bahalaşmasına görə

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstan hakimiyyəti milli valyuta – təngənı syabitləşdirmək üçün ciddi tədbirlərə başlayıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Milli Bank valyuta müdaxilələrinə başlayıb və dövlətin iştirakı olan şirkətlərə mövcud vəsaitlərin xarici valyutada saxlanması qadağandır.

“Xarici valyuta əməliyyatlarının məhdudlaşdırılması qaydası kvazi-dövlət sektoruna aiddir. Bu məhdudiyyət özəl hüquqi və ya fiziki şəxslərə şamil edilmir”, – deyə maliyyə nazirinin birinci müavini Berik Şolpankulov mətbuat konfransında bildirib.

Qazaxıstan Prezidenti Qasım-Comərt Tokayev martın 9-da qlobal iqtisadiyyatdakı vəziyyətə cavab vermək üçün operativ böhran əleyhinə qərargah yaratmağı tapşırıb.

Dünyanın əsas neft istehsalçılarından biri olan Qazaxıstan, son günlərdə dünya bazar qiymətlərinin üçdə birindən çox ucuzlaşması səbəbindən iqtisadiyyatda problemlərlə üzləşə bilər. Qərargah ən qısa müddətdə böhran əleyhinə fəaliyyət planı hazırlamalıdır. Prezident hökumətə, Milli Banka və digər dövlət orqanlarına ölkə vətəndaşları qarşısında olan bütün sosial öhdəlikləri yerinə yetirməyi tapşırıb.

Dövlət başçısı xərcləri azaltmaq, işsizliyin qarşısını almaq və iqtisadiyyatın və ölkənin pul-maliyyə bazarının sabitliyini qorumağın zəruriliyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*