Qazaxıstan İsraillə diplomatik əlaqələrin normallaşdırılmasını nəzərdə tutan “İbrahim sazişləri”nə qoşulmaq niyyətini açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumat Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və digər Mərkəzi Asiya liderlərinin Ağ Evə səfəri zamanı verilib.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, Tokayev və İsrailin baş naziri Benyamin Netanyahuyla “əla söhbət” aparıb. Tramp əlavə edib ki, sazişin imzalanma mərasimi barədə daha sonra məlumat veriləcək.
Qazaxıstan 2020-ci ildə imzalanan “İbrahim sazişləri”nə bu vaxtadək qoşulan ilk Asiya ölkəsi olacaq.
Müşviq Tofiqoğlu,
KONKRET.az
