Qazaxıstan taxıl və un ixracına MƏHDUDİYYƏT QOYDUbackend

Qazaxıstan taxıl və un ixracına MƏHDUDİYYƏT QOYDU

Qazaxıstan taxıl və unun ixracına məhdudiyyət qoyur.

KONKRET.az Qazaxıstan KİV-nə istinadla xəbər verir ki, kvotalar kənd təsərrüfatı nazirinin əmri ilə tətbiq edilir.

Sərəncam artıq dövlət qeydiyyatına alınması üçün Qazaxıstan Ədliyyə Nazirliyinə göndərilib.

“Daxili bazarda qıtlığın yaranmasının və un dəyirmanlarının yüklənməsinin aradan qaldırılması məqsədilə 1 aprel 2022-ci il tarixli idarələrarası komissiyanın qərarı ilə aprelin 15-dən iyunun 15-dək buğda və unun ixracına kvotalar tətbiq edilsin. Buğda üçün kvotanın həcmi 1 milyon ton, un üçün 300 min tondur”, – sərəncamda deyilir.

Qeyd edək ki, bundan əvvəl departament ölkədə taxıl qıtlığı ilə bağlı məlumatları təkzib etmişdi. Kənd təsərrüfatı nazirinin müavininin sözlərinə görə, Qazaxıstanda 6,4 milyon ton taxıl var və bu həcm daxili tələbatı ödəmək, həmçinin taxılın bir hissəsini ixraca göndərmək üçün kifayət qədər çoxdur.

Tacikistan Qazaxıstandan buğda və un idxal edir. 2021-ci ildə respublikaya 1 milyon 281 min ton buğda və 56,7 min ton un idxal edilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*