Terrorla mübarizə əməliyyatları və ölkə ərazisində internetdə yaranan fasilələrdən sonra Qazaxıstandakı bütün maliyyə təşkilatları fəaliyyətini dayandırıb.
KONKRET.az Xabar24-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Qazaxıstan Milli Bankının mətbuat katibi Oljas Ramazanov çıxış edib.
O qeyd edib ki, bu tədbir maliyyə qurumları əməkdaşlarının və müştərilərin sağlamlığının və həyatının qorunmasına yönəlib.
