Qazaxıstanda iki Fransa vətəndaşının MÜƏMMALI ÖLÜMÜbackend

Qazaxıstanda iki Fransa vətəndaşının MÜƏMMALI ÖLÜMÜ

“İki Fransa vətəndaşı Qazaxıstanın Baykonur kosmodromunun ərazisinə girməyə cəhd edib”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı öz mənbələrinə istinadən məlumat yayıb.

Onlardan birinin susuzluqdan öldüyü deyilir.

27 yaşlı Nikolas Karbon və 25 yaşlı Anjelo Alebetta bir neçə gün əvvəl Almatıya gəliblər. Ekstremal turistlər Baykonura çatmaq istəyirdilər. Çöldə gəzməyə qərar verən turistlər hava şəraitini nəzərə almayıblar. Çöldə +30 olsa da,kölgədə gizlənməyə yer olmayıb.

Gəzinti zamanı Ancelo xəstələnib. O, 246-cı sahədən bir kilometr aralıda huşunu itirərək yıxılıb. Əvvəlcə turisti 1 saylı keçid məntəqəsinə aparıblar. Yalnız bundan sonra polis onun dostunu axtarmağa başlayıb. Alebet tapılanda o, artıq üç saata yaxın idi ki, ölmüşdü.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*