Qazaxıstanda şaxtada partlayış: Ölən və yaralananlar varbackend

Qazaxıstanda şaxtada partlayış: Ölən və yaralananlar var

Qazaxıstanın “ArcelorMittal Temirtau” şirkətinin şaxtalarından birində partlayış baş verib.

KONKRET.azTengrinews.kz”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin rəsmi nümayəndəsi Ruslan İmankulov məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticədə 4 nəfər ölüb:

“İlkin məlumata görə, noyabrın 3-də, gecə saat üç radələrində, Şaxtinsk şəhərindəki “ArcelorMittal Temirtau” SC-nin Lenin adına şaxtasında qaz-drenaj quyularının qazılması zamanı qəfil qəza baş verib. Dörd işçinin ölümünə səbəb olan qaz partlayışı baş verib, bir işçinin axtarışları davam edir. Daha dörd işçi xəstəxanaya yerləşdirilib”.

İlkin məlumata görə, mədəndən 106 işçi təxliyə edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*