Yanvarın 10-u Qazaxıstanda ümummilli matəm günü elan olunub.
KONKRET.az xəbər verir ki, ölkə Prezidenti Kasım-Jomart Tokayev müvafiq qərar qəbul edib.
Qeyd edək ki, ölkədə yanvarın 2-dən etibarən qiymət artımı ilə bağlı etiraz aksiyaları başlayıb. Aksiyalar daha sonra iğtişaşlara çevrilib.
Bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi elan edilib.
