
Dünən Facebook-da yayımlanan videoda təbii qazın və elektrik enerjisinin olmamasından qəzəblənən bir qrup insanın necə yolu bağladığı görünür. Bir gün əvvəl oxşar etirazlar Sırdərya və Qaraqalpaq bölgəsində də keçirilib.
KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosuun verdiyi xəbərə görə, bu hadisə noyabrın 28-nə keçən gecə Əndican şəhərinin Dalvarzinski və Altınkul rayonları arasındakı Quştəpə məhəlləsindən keçən magistral yolda baş verib.
İnsanlar yalnız Əndican vilayət rəhbərliyinin nümayəndələri hadisə yerinə gəldikdən, təbii qaz və elektrik enerjisi probleminin tezliklə həll edəcəyi vəd olunduqdan sonra dağılışıblar.
