Qazini xadimə təyin edən məmur kimdir? – Deputat şok faktı açıqladıbackend

Qazini xadimə təyin edən məmur kimdir? - Deputat şok faktı açıqladı

Ali təhsilli ikinci qrup əlil, çoxsaylı medallarla təltif olunmuş Vətən müharibəsinin iştirakçısı orta məktəbdə xadimə vəzifəsinə təyin olunub.

KONKRET.az xəbər verir ki, bu haqda millət vəkili Fəzail Ağamalıya seçiciləri ilə görüşü zamanı məlumat verilib.

“Dekabrın 9-da Salyan rayonunun Yenikənd inzibati ərazisində seçicilərimlə görüş keçirərkən qeyri-adi məlumatla rastlaşdım.

Vətən müharibəsinin iştirakçısı, çoxsaylı medallarla təltif olunan ikinci qrup əlil, Salyan rayonunun Kərimbəyli kənd sakini, ADPU-nun psixologiya ixtisası üzrə məzunu İbrahim Hüseynov Salyan-Şirvan Regional İdarəsinin rəisi Sənan Məsimlinin əmri ilə Qarabağlı kənd 1 saylı tam orta məktəbinə xadimə vəzifəsinə təyin olunub. Mənimlə söhbətində dəyərli qazimiz bildirdi ki, ona utanc verən və bəzi yuxarı sinif şagirdləri tərəfindən gülüş hədəfinə çevrilən, onu çox pis vəziyyətə salan bu işin başqa bir işlə əvəz olunmasını dəfələrlə S.Məsimlidən xahiş etsə də o, müxtəlif bəhanələrlə bundan imtina edib.

İdarə rəisi mənim müracətimə də “başqa işim yoxdu” deyə cavab verdi. İxtisasca iqtisadçı olan və təhsil sahəsindən elementar təsəvvürü olmayan birindən qazimizə bu cür təhqiramiz münasibət həm də qüsurlu və qəbuledilməz vətandaş mövqeyidir!”, – deyə F.Ağamalı əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*