“Qazprom”un qərarı Avropa İttifaqına ikiqat zərbə vurdubackend

“Qazprom”un qərarı Avropa İttifaqına ikiqat zərbə vurdu

“Rusiyada “Şimal axını 2”nin imkanlarından istifadə Avropa İttifaqını onun vasitəsilə tam həcmdə qaz almaqdan, eləcə də layihəyə qoyulan investisiyaları qaytarmaq şansından məhrum edir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri enerji eksperti Boris Martsinkeviç səsləndirib.

“Qazprom” ölkənin şimal-qərb rayonlarının qazlaşdırılması məsələsini həll etmək üçün “SP-2”-nin quruda yerləşən infrastrukturundan istifadə etmək niyyətində olduğunu açıqlayıb. İndi avropalılar ildə nəzərdə tutulan 55 milyard kubmetri 2028-ci ildən tez ala bilməyəcəklər. Martsinkeviç əmindir ki, “Qazprom”un hələ açıqlanmayan konkret planları var:

“Qazprom Baltik dənizi sahillərini qazla təmin etmək üçün nəzərdə tutulmuş bütün quru infrastrukturundan istifadə etməyə hazırdır. O, Rusiyanın qazlaşdırma proqramının bir hissəsi kimi istifadə olunacaq” – deyə ekspert bildirib.

Həmçinin, “Qazprom”un planı “Şimal axını 2”nin avropalı investorlarını yaxın gələcəkdə investisiyalarını qaytarmaq imkanından məhrum edir. Beləliklə, Rusiya konserni bir addımla Avropaya ikiqat zərbə vurur.

Ekspert əmindir ki, “Şimal axını 2”nin imkanları təkcə Rusiyanın qazlaşdırılması üçün deyil, həm də Baltik dənizinin Rusiya sahillərində yeni sənaye sahələrinin təchizatı üçün istifadə olunacaq. Martsinkeviçin nəzərdən keçirdiyi variantlardan biri də regionda azot gübrələri istehsal edən zavodun tikintisidir. Çünki, bu gübrəyə ehtiyac dünyada həmişə çox yüksəkdir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*