“Qəbələ”nin baş məşqçisi: “Mən müdafiədə oturan komanda istəmirəm”backend

"Qəbələ"nin baş məşqçisi: "Mən müdafiədə oturan komanda istəmirəm"

“İki fərqli hissə izlədik. İlk yarıda istədiyimiz futbolu görmədim. Amma fasilədən sonra istədiyim komanda meydanda idi. Çatışmazlıqlarımız var. Bizə vaxt lazımdır. Getdikcə daha yaxşı kollektiv olacağıq”.

KONKRET.az– ın məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının II turunun “Sabah”la səfər oyunundan () sonra mətbuat konfransında deyib.

O bildirib ki, komanda yeni olduğu üçün daha artığını tələb edə bilmir: “Müdafiədə daha yaxşı çalışmalıyıq. Yenə deyirəm, vaxta ehtiyacımız var”.

40 yaşlı mütəxəssisin sözlərinə görə, sərəncamında olan 23 futbolçunun hamısına inanır: “Cavid oynamalı idi. Ona görə şans verdik”.

Baş məşqçi fərdi səhvlərin komandaya uyğunlaşmaması ilə əlaqələndirib: “Xəttlərarası əlaqə yaxşı vəziyyətdə deyil. İkinci hissədə göstərdiyimiz oyun keyfiyyətli idi. Bu oyunu istəyirəm. Müdafiədə oturan komanda istəmirəm”.

Baxşıyev yeni hücumçu istədiyini söyləyib: “Yeni qoşulan braziliyalı futbolçu çox keyfiyyətlidir. Çempionatın tapıntısı ola bilər”.

Mütəxəssis cari mövsümdəki hədəflərini açıqlayıb: “Bizi öncə avrokuboklar yox, komandanın formalaşması maraqlandırır. Bundan sonra iddiamız da arta bilər”.

Baş məşqçi deyib ki, “Sabah” barədə danışması düzgün deyil: “Mən öz komandama cavabdehəm. “Qəbələ” güclənib. Daha yaxşı oyun göstərəcəyimizə inanıram”.

E.Baxşıyev əllərində olan futbolçularfan maksimum istifadə etdiklərini vurğulayıb: “Vuran ayaqlarımız yoxdur. Ön xətdə bizə faydalı oyunçuların üzərində dayanmaq istəyirik”.

O, Anar Nəzirovun səhvi barədə də danışıb: “Səhv hər zaman olur. Anara inanırıq”.

report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*