“Qəbələ”nin prezidenti cəbhədən qayıtdıbackend

“Qəbələ”nin prezidenti cəbhədən qayıtdı

“Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov cəbhədən qayıdıb.

KONKRET.az-ın məlumatına görə, 42 yaşlı funksioner yenidən öz işinin başına keçib.

Lakin o, müəyyən səbəblərdən Azərbaycan Premyer Liqasının XI turunda bu gün keçirilmiş “Sumqayıt”la səfər matçını (1:0) stadiondan izləyə bilməyib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin ilk günlərindən ehtiyatda olan zabit kimi döyüşlərə qatılan Fariz Nəcəfov hərbi əməliyyatlar zamanı korpus komandiri, general-mayor Mayis Barxudarovun mühafizəsini təşkil edib.Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*