Qəbələdə benzindaşıyan yük maşını körpüdən aşıb.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bir neçə saat əvvəl Vəndam qəsəbəsi ərazisində baş verib.
Benzin maşınının sürücüsü idarəetməni itirərək maşını körpüdən aşırıb. Sürücünün hadisə yerində öldüyü bildirilir.
Təhlükəsizliyi təmin etmək üçün əraziyə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Maşında baş verə biləcək mümkün partlayışın qarşısını almaq və sürücünü maşından çıxarmaq üçün tədbirlər görülür.
