Qəbələdə narkotikə görə saxlanılan şəxsin oğurluq əməlinin də üstü açılıbbackend

Qəbələdə narkotikə görə saxlanılan şəxsin oğurluq əməlinin də üstü açılıb

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 56 yaşlı Elçin Yaqubov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən xüsusi qulluq göstərilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Araşdırmalarla E.Yaqubovun rayonun Bum qəsəbəsində elektrik naqillərini oğurladığı da müəyyən edilib.

Keçirilən digər tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Əbdülməlik Əliyev də saxlanılıb. Ona məxsus həyətyanı sahədən kultivasiya edilərək yetişdirilən çətənə kolları və bir kiloqram marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*