Qəbiristanlıq yaxınlığına UNO düşdü – Polislər hadisə yerindədirbackend

Qəbiristanlıq yaxınlığına UNO düşdü – Polislər hadisə yerindədir

Volqoqrad vilayətinin Alekseyevski rayonunda yerli sakinlər Reçenski kəndindəki qəbiristanlığı üzbəüz əraziyə düşmüş naməlum uçan obyekt görüblər.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, regional hakimiyyət orqanları hələlik vəziyyəti şərh etməyiblər.

Yerli sakinlərin sözlərinə görə, obyektin tapılması bir gün əvvəl məlum olub. Bəziləri polisin hadisə yerinə gəldiyini iddia edib.

“Reçenskoye qəbiristanlığının qarşısını polis qoruyur. Obyektin hansı səbəbdən düşdüyü bilnmir. Polislərdən biri bunun raket növü olduğunu bildirib”, – deyə hadisə şahidlərindən biri sosial şəbəkələrdə paylaşıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*