“Qələbədən sonra da Ermənistan cavab verməli olacaq” – BUNA GÖRƏbackend

"Qələbədən sonra da Ermənistan cavab verməli olacaq" - BUNA GÖRƏ

Rəşad Nəsirov, əməkdar jurnalist

Təcavüzkar Ermənistan Azərbaycana son 30 ildə vurduğu maddi və mənəvi ziyana görə reparasiya ödəməlidir.

Reparasiya – bir ölkənin digər ölkəyə vurduğu ziyana görə maddi məsuliyyət formasıdır.

Qeyd edək ki, Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli və 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi dağıdılıb. Ağdam Çörək muzeyi yerlə-yeksan edilib, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir eksponatı Ermənistana daşınıb.

Şuşanın işğalı nəticəsinda 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi viran edilib. Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək eksponatı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək eksponatı, Azərbaycan professional musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun, Azərbaycan vokal sənətinin əsasını qoymuş böyük müğənni BüIbülün, görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın xatirə muzeylərinin, Ağdam tarix-diyarşünaslıq muzeyinin, Qubadlı tarix-diyarşünaslıq muzeyinin, Zəngilan tarix-diyarşünaslıq muzeyinin fondları qarət edilib.

Görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli və Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri də dağıdılıb. Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında qeyri-qanuni arxeoloji qazıntılar aparıb, məzarlar, qəbirüstü abidələr dağıdılıb.

30 ilə yaxındır ki, işğal altında qalan ərazilərdə ekoloji cinayətlər törədilib. Bölgədəki biomüxtəliflik məhv edilib, meşələr qırılıb, faydalı qazıntı yataqları talan edilib, su anbarları və ətraf mühit qəsdən çirkləndirilib. Ən əsası isə təcavüz nəticəsində on minlərlə Azərbaycan vətəndaşı həlak olub və yaralanıb, bir milyona yaxın insan isə doğma yurdundan didərgin düşüb. Bütün bu törətdiyi bəşəri cinayətlərə görə Ermənistanın keçmiş və indiki rəhbərliyi məsuliyyət daşıyır. Azərbaycana vurulan maddi-mənəvi ziyanın ödənilməsi beynəlxalq hüquq və beynəlxalq təşkilatlar səviyyəsində gündəmə gətirilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*