Qərb Rusiyanı viran qoymaq gücündədir – Brayzabackend

Qərb Rusiyanı viran qoymaq gücündədir - Brayza

Düşünürəm ki, Rusiyanın Ukraynaya qarşı müharibəsini, hərbi və mülki obyektlərə hücumlarını dayandırmağın yeganə yolu Kiyevə yeni hərbi imkanlar verməkdən keçir. Rusiya ancaq üstün gücdən anlayır. Onlar bu müharibəni Putinin Ukraynanın mövcudluq haqqının olmadığı və bir ölkə kimi aradan götürülməli olduğu fikrinə əsaslanaraq başlayıblar.

KONKRET.az xəbər verir ki, bu sözləri Ukraynaya Qərb silahlarından Rusiya ərazisində istifadəyə razılığın verilməsi haqqında danışan ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza deyib.

Brayza Rusiyanın NATO ölkələrinə hücum etmək cəsarətində olmadığını bildirib:

“Dünyanın bu cür aşkar təcavüzün qarşısını almaq üçün məsuliyyəti var. Rusiya Ukraynanın ərazisinə mümkün hücumlara cavab olaraq London kimi şəhərlərə nüvə zərbəsi endirməyə hazır olduğunu bildirib. Rəsmi Moskva başa düşməlidir ki, əgər nə vaxtsa NATO ölkələrinə hücum edərək dəhşətli səhvə yol verərsə, ABŞ və onun NATO müttəfiqləri cavab zərbəsi endirəcək. Lakin Rusiya bu səhvə yol verməyəcək. Rusiya liderləri dəli deyillər. Onlar Ukraynaya qarşı təcavüzkar olduqlarını, səhv etdiklərini başa düşürlər, Avropa və ABŞ hədəflərinə ilk nüvə zərbəsinə cavab olaraq daha güclü Qərb dövlətlərinin Rusiyanı viran qoymasını istəmirlər”.

Diplomat Ukraynanın Rusiya ərazisindəki hədəfləri vurmaq hüququna sahib olduğunu vurğulayıb:

“Qərb ölkələrinin Ukraynaya Rusiya ərazisini vurmaq üçün yaşıl işıq yandırması Moskvanın cavab zərbəsi endirməsinə səbəb olmayacaq. Rusiya Ukraynanı bir ölkə kimi sıradan çıxarmaq üçün bu müharibəni seçib və istənilən vaxt gərginliyi azaltmaq qərarına gələ bilər. Ukraynanın özünümüdafiə məqsədilə istənilən qeyri-nüvə silahından istifadə etməsi beynəlxalq hüquqa tam uyğundur və əslində öz vətəndaşlarını və ölkənin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün ölkə rəhbərliyinin məsuliyyətidir. Rusiya heç vaxt ona təhlükə yaratmayacaq dinc qonşusunu işğal edərək çox dəhşətli qərar verdi. Üstəlik, Rusiya Ukraynanın nüvə silahından imtinası müqabilində Budapeşt Memorandumuna uyğun olaraq bu ölkənin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına söz vermişdi”.

Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*