Qətər koronavirus təhlükəsi ilə bağlı Çinə təyyarə uçuşlarını ləğv edib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb. Məlumata görə, Qətər Hava Yolları fevralın 3-dən etibarən Çinə olan bütün uçuşları dayandıracaq.
Qeyd edək ki, koronavirus səbəbindən bir çox ölkə Çinə uçuşları ləğv edib.
