Sentyabrın 4-də Şahbuz rayonunda baş verən dəhşətli avtomobil qəzasında həyatını itirən Pərvin Şıxəliyev əsgərlikdən yenicə qayıtmışdı.
KONKRET.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, qarşıda onu həyatının ən gözəl günlərindən biri, nişanı gözləyirdi: “Amma qurduğu bütün xəyallar bir qəza ilə yarımçıq qaldı”.
E.İslamoğlu qeyd edib ki, Pərvinin bacısı da həmin qəza zamanı avtomobildə olub: “Ağır yaralı vəziyyətdə xəstəxanada müalicə olunur”.


