Dünən Göygöldə baş verən qəzada xəsarət alan sürücü bu gün xəstəxanada ölüb.
KONKRET.az-ın məlumatına görə, “Tofaş” markalı avtomobilin dərəyə aşması nəticəsində ölən şəxs 1964-cü il təvəllüdlü Bayramov Asif Hümbət oğludur.
Asif Bayramov Göygöl rayon Zurnabad kənd bələdiyyəsinin sədri idi.
Faktla bağlı araşdırma aparılır./APA
