backend

Qida təhlükəsizliyi haqqında” qanun layihəsində 38 maddəyə dəyişikliklər olundu

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsində 38 maddəyə dəyişikliklər olunub.

KONKRET.az xəbər verir ki, bu barədə də Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında məlumat verilib.

Bildirilib ki, layihə komitə üzvlərindən, Milli Məclis Aparatının müvafiq şöbəsinin və aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupu tərəfindən işlənilib.

İclasda, həmçinin, qeyd olunub ki, bu qanunun tətbiqi əhalinin sağlamlığının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi, məhsuldarlığın artırılması və ölkəmizdə istehsal olunan məhsulların ixrac potensialını genişləndirmək məqsədi daşıyır.

Agentlik sədri iclasda deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib.

Müzakirələrin sonunda qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*