“Manas” hava limanı mühasirəyə alınıb. Sankt-Peterburqdan uçan sərnişin təyyarədə bomba olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə qırğız mediası məlumat yayıb. “Manas” Beynəlxalq Hava Limanında bütün xidmətlər gücləndirilmiş iş rejiminə keçirilib.
Məlumata görə, bu gün saat 19.35-də Sankt-Peterburq-Bişkek reysinin gəlməsi gözlənilir və sərnişinlərdən biri təyyarənin göyərtəsində bomba qoyulduğunu bildirib.
İlkin məlumata görə, sərnişin Rusiya vətəndaşıdır. O, ekipaj üzvlərinə Ukraynada hərbi əməliyyatlara qarşı olduğunu və əl yükündə həqiqi döyüş sursatı olduğunu bildirib. Ekipaj təyyarədəki fövqəladə vəziyyət barədə dispetçerə məlumat verib.
Məlumdur ki, artıq “Manas”a əlavə polis qüvvələri, MTN əməkdaşları, eləcə də kinoloqlarla birlikdə minaaxtaranlar gəlib.
Məlumata görə, Bişkek-Sankt-Peterburq-Bişkek marşrutu üzrə müntəzəm reys yerli aviaşirkət “Avia Traffik” tərəfindən həyata keçirilir. Şirkətin ofisi hələ açıqlama verməyib.
Əlavə məlumat veriləcək.
Xuraman Etibarlı,
KONKRET.az
