Qırmızı Xaç Komitəsi Dağlıq Qarabağdakı tərkibini artırır – RƏSMİbackend

Qırmızı Xaç Komitəsi Dağlıq Qarabağdakı tərkibini artırır - RƏSMİ

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer BQXK-nın Dağlıq Qarabağdakı kontingentində dörd dəfə artım olacağını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə o, RBC-ya müsahibəsində deyib.

“Anladıq ki, münaqişənin həcminə görə daha çox iş görməyimiz lazımdır. Müharibədən əvvəl bölgədəki missiyamızın büdcəsi 10 milyon İsveçrə frankı (18,8 milyon manat) idisə, gələn il bu məbləğ 45 milyon İsveçrə frankı (83,8 milyon manat) olacaq. Yəni, biz oradakı sayımızı dörd dəfə artıracağıq. Orada çox az adam var idi. İndi bölgəyə əlavə 400-500 nəfər göndərməyi planlaşdırırıq. Son günlərdə oradakı varlığımızı artırmışıq”, – deyə Mauer qeyd edib.

BQXK prezidenti əlavə edib ki, Qırmızı Xaçın İrəvan, Bakı şəhərində ofisləri var və komitə nümayəndələri daha bir-iki ofis açmağı planlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*