Qızıl almaq istəyənlər tələssin! Qiymətlər kəlləçarxa çıxacaqbackend

Qızıl almaq istəyənlər tələssin! Qiymətlər kəlləçarxa çıxacaq

Dünya bazarlarında qızılın qiymətində müəyyən dəyişikliklər müşahidə edilir. Ötən ilin sonuna qədər bu sahədə bahalaşma qeydə alınsa da, hazırda qiymətlərin enməsi ilə bağlı məlumatlar açıqlanmağa başlayıb. Bəs qızıl bazarındakı bu hərəkətliliyin səbəbini nə ilə əlaqələndirmək olar? 

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən iqtisadçı Asif İbrahimov bir sıra məqamlara aydınlıq gətirib. Onun sözlərinə görə 2023-cü illə müqayisədə qiymətlərin aşağı olduğunu demək olmaz:

“Dünya qızıl bazarında intensiv olaraq qiymət artımı və ucuzlaşma prosesi baş verir. Lakin indiki dönəmdə ötən illə müqayisədə qiymətlər yenə də bahadır. Qiymət artımı 2023-cü ilin iyul ayından etibarən başlayıb. Ötən ilin sonlarında isə qızılın 1 unsiyasının qiymətinin rekord səviyyəyə çatdığı müşahidə olundu. Daha bir artım isə fevral ayında yaşandı. 2023-cü ilin fevral ayına nisbətən qiymətlər arasında fərq kəskin dərəcədə nəzərə çarpır. Hazırda ötən ilə nisbətən bahalıqdır”.

Ekspert bahalaşmanın nədən qaynaqlandığını da açıqlayıb:

“Bahalaşma tələbin artması ilə bağlı olur. Bu da qiymətli metalların qiymətində artıma səbəb olur. Belə olduqda bir sıra şəxslər bu sahəyə investisiya qoyurlar. Elə bu səbəbdən də ötən ilin sonlarında qızıl və digər qiymətli metalların satışında fantastik qiymətlər müşahidə olunurdu”.

İqtisadçı yay aylarında qızıl qiymətlərinin yenidən rekord həddə çatacağını vurğulayıb:

“Qiymətlərin ucuzlaşması isə FED-in verdiyi müəyyən faiz dərəcələrinin aşağı salınması ilə bağlı qərarlardan asılıdır və simulyasiya xarakteri daşıyır. Düşünürəm ki, yay aylarında qiymətlər yenə bahalaşmağa doğru gedəcək. Qızılın bir unsiyasının qiyməti 2500 dollara qədər arta bilər. Bu bahalaşmaya təsir göstərən birinci amil isə ABŞ-də keçiriləcək prezident seçkiləridir ki, FED indi verdiyi qərarlara tərs-mütənasib addımlar atmağa başlayacaq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*