“Qızım mənimlə yaşayır, vəssalam!” – Alyona Emindən boşanmağından danışdıbackend

"Qızım mənimlə yaşayır, vəssalam!" - Alyona Emindən boşanmağından danışdı

Emin Ağalarovun keçmiş həyat yoldaşı Alyona Qavrilova sosial şəbəkə hesabından boşanması ilə bağlı açıqlama verib.

KONKRET.az xəbər verir ki, o ayrıldıqlarını təsdiqləyərək qəti şəkildə bu haqda bir daha danışmaq istəmədiyini dilə gətirib:

“Qızımın mənimlə yaşadığını sübut etmək üçün onunla birgə fotolar paylaşmayacam. Bu faktdır! Biz ayrılmışıq! Burada heç nə paylaşmıram və paylaşmayacam da. Söhbət burada bitsin! Hər kəsə uğurlar! Bu mövzu mənim səhifəmdə tamamilə bağlandı”,  – deyərək qeyd edib.

Xatırladaq ki, cütlüyün bu evlilikdən Afina adlı bir qızı var.

Hit.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*