Qocalar evində öldüyü elan edilən təqaüdçü dəfn evində dirildibackend

Qocalar evində öldüyü elan edilən təqaüdçü dəfn evində dirildi

Polis qeyri-adi bir hadisə ilə bağlı araşdırma aparır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, qocalar evində ölən 74 yaşlı qadın iki saat sonra dəfn evində dirilib. Bu, keçən ildən bəri ən azı üçüncü dəfədir ki, ABŞ-da qocalar evində bir qadının vaxtından əvvəl öldüyü elan edilir. Hadisə Nebraska ştatında baş verib.

Lancaster County Şerif Ofisinin rəsmiləri bazar ertəsi mətbuat konfransında bildiriblər ki, 74 yaşlı Constance Glanz Nebraska ştatında müalicə alırdı.

Qocalar evinin işçiləri onun öldüyünü güman ediblər. Lakin işçilərin onun öldüyü qənaətinə necə gəldiyi məlum deyil.

Qlansın ölümünü təsdiqləmək üçün koroner çağırılmayıb. Qlanz daha sonra dəfn evinə aparılıb. Cənazə evi rəsmiləri qadını dəfn mərasiminə hazırlayarkən onun hələ də nəfəs aldığını görüb. Qadın xəstəxanaya yerləşdirilib.

Bununla bağlı istintaq başlanılıb. Polis qocalar evinin hər hansı cinayət niyyətini müəyyən edə bilməyib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*