Qordon Bell vəfat etdibackend

Qordon Bell vəfat etdi

İlk fərdi kompüterin prototipinin yaradıcısı Qordon Bell vəfat edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, o, 89 yaşında Koloradodakı evində prevmaniyadan vəfat edib.

Qordon Bell 1960-cı illərdə mini-kompüter sənayesini inkişaf etdirməyə kömək edəcək “Digital Equipment Corporation” üçün kompüter layihələri ilə məşğul olub.

“The New York Times” yazır ki, ixtiraçı kompüter sahəsinin “əsas memarlarından biri” idi. Bütün həyatı boyu o, şəbəkəyə qoşula bilən daha kiçik, sərfəli, interaktiv kompüterlər yaratmağa çalışdı.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*