Qriqoryan: “Bizə qarşı güc ssenarisi işə düşə bilər. Avropa İttifaqının isə “B” planı yoxdur”backend

Qriqoryan: "Bizə qarşı güc ssenarisi işə düşə bilər. Avropa İttifaqının isə “B” planı yoxdur"

“Avropa İttifaqı (Aİ) rəhbərliyinin optimist bəyanatlarına baxmayaraq, reallıqda bu qurum ilin sonuna qədər Bakı ilə İrəvan arasında hər hansı sənədin imzalanmasını gözləmir”.

KONKRET.az xəbər verir ki, bunu politoloq Tiqran Qriqoryan Brüsseldə Fridrix Ebert Fondunun Ermənistanın ekspert icması üçün təşkil etdiyi görüşlərlə bağlı təəssüratlarını bölüşərkən deyib.

“Aİ yaxşı bilir ki, əsas məsələlərdə tərəflərin razılığı olmadan razılaşma əldə etmək çətin olacaq. Və burada söhbət, xüsusən də Xankəndi-Bakı dialoqunun beynəlxalq səviyyədə görünən mexanizminin yaradılmasından gedir. Qeyd etməliyəm ki, Avropa rəsmiləri, xüsusən də məsələ ilə məşğul olanlar başa düşürlər ki, ciddi beynəlxalq müdaxilə olmadan Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini qorumaqdan söhbət gedə bilməz”.

O vurğulayıb ki, Avropa rəsmilərinin bu beynəlxalq dialoq mexanizmlərinin nə olması barədə dəqiq təsəvvürləri yoxdur. “Görüşdüyümüz hər kəs bildirdi ki, Bakı çətin ki, münaqişənin həlli ilə bağlı digər ölkələrin hər hansı müdaxiləsini qəbul etsin. Çünki onların Azərbaycana təsir rıçaqları yoxdur”, – deyə Qriqoryan bildirib.

Aİ bu barədə, eləcə də digər mühüm məsələlərlə bağlı qısa müddətdə razılığın əldə olunmasını mümkün hesab etmir və buna görə də sənədin ilin sonuna qədər imzalanacağını gözləmir.

Bununla yanaşı, münaqişənin güc yolu ilə həll ssenarisi işə düşərsə, Aİ-nin “B” planı buna qarşı yoxdur. Qriqoryan qeyd edib ki, Aİ rəsmiləri ilə görüşlərin birində Bakının genişmiqyaslı hərbi əməliyyat keçirəcəyi təqdirdə Aİ-nin reaksiyasının necə olacağı sualı verilib. “Sual verilən avropalı siyasətçi bir neçə dəqiqə duruxdu və suala cavab verə bilmədi. Yalnız görüşün sonuna yaxın vurğuladı ki, bölgədə hərbi əməliyyatlar başlarsa, Aİ-nin vasitəçilik missiyasının sonu gələcək”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*