Qubada ana və qızın uşaq üstündə davası şiddətlənir – VİDEObackend

Qubada ana və qızın uşaq üstündə davası şiddətlənir - VİDEO

Quba sakini Maqiya Abdıyevanın anası Nuriyyə Adıgözəlova ilə balaca Bahar üstündəki çəkişməsi davam edir.

KONKRET.az-ın şimal bürosu xəbər verir ki, ana və qızın görüşməsi daha böyük qalmaqala səbəb olub. Nuriyyə Adıgözəlova uşağın dogma anasının yanına getmək istəmədiyini bildirib.

Maqiya 7 yaşlı övladının anası və bacısı tərəfindən öyrədildiyini deyir və bu səbəbdən qızının onu istəmədiyini iddia edir.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə deyir ki, bu cür məsələlərin həllində bir sıra qurumlar əlaqəli şəkildə iş aparmalıdır.

Ümid edirik ki, aidiyyatı orqanlar azyaşlı Baharın taleyinə biganə qalmayaraq, onun haqqında düzgün qərar qəbul edəcəklər.

Emin Kərimov

KONKRET TV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*