Qubada qadını avtomobil vuraraq öldürdübackend

Qubada qadını avtomobil vuraraq öldürdü

Qubada avtomobil yolu keçən qadın piyadanı vuraraq öldürüb.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, iyunun 23-də saat 21 radələrində Quba şəhərində Rustov kənd sakini Ə.Əsədov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən şəhər sakini Vəsilə Babayevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*