Qubadlıda 2 tona yaxın çətənə bitkisi məhv edildibackend

Qubadlıda 2 tona yaxın çətənə bitkisi məhv edildi

Qubadlıda yabanı halda bitən 2 tona yaxın çətənə bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə “Xaş-xaş 2024” planına uyğun olaraq tədbir keçirilib.

Tədbir zamanı Davudlu kəndinin ərazisində, Bazarçay çayının sahilindən yabanı halda bitən 2 tona yaxın 3895 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*