Axşam saatlarından başlayaraq şimal bölgəsinə yağan güclü qar yollarda çətinliklərə səbəb olub.
KONKRET.az-ın şimal bürosunun məlumatına görə, yağan qar Quba-Xınalıq, Quba-Qonaqkənd, Quba-Qəçrəş yollarında hərəkətdə çətinliklər yaradıb.
Bir sıra ərazilərdə sürücülərin idarəetməni itirməsi qəzalara səbəb olub. Quba-Qonaqkənd yolunda bir avtomobil ağaca çırpılıb.
Emin Kərimov, Quba
