Sumqayıt şəhərində mənzildə partlayış baş verib.
KONKRET.az xəbər verir ki, hadisə nəticəsində bir nəfər – 1958-ci il təvəllüdlü Sergey Valentinoviç Truxin həyatını itirib.
“Uzun illərdir ki, ayrı yaşayırıq. Onun ciddi problemləri var idi və müalicə almaqdan imtina edirdi. Kiminsə onu bu addımı atmağa təhrik etdiyini düşünmürəm. O özü həyatdan belə getməyi seçdi. Çünki öz halından razı deyildi”, – deyə mərhumun keçmiş həyat yoldaşı jurnalistlərə açıqlamasında bildirib.
Daha ətraflı Baku TV-nin materialında:
