Qurbağaya işgəncə verən məktəb direktoru ilə bağlı AÇIQLAMAbackend

Qurbağaya işgəncə verən məktəb direktoru ilə bağlı AÇIQLAMA

Bir müddət əvvəl Ağdam rayon, 71 nömrəli orta məktəbin direktoru Ülviyyə Mahmudova sosial şəbəkə hesabında qurbağa üzərində təcrübə apardığını əks etdirən videogörüntü paylaşıb. Bu hadisə sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub və kəskin tənqid olunub.

Mövzü ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi vurğulayıb ki, istər ali təhsil müəssisələri, istərsə də ümumi təhsil müəssisələrində müvafiq olaraq təcrübələr həyata keçirilir.

Ekspertin fikrincə, bu cür təcrübələr zamanı hər hansı bir canlıya işgəncə vermək və bunu auditoriyadan kənara cıxarmaq düzgün deyil:

“Tibb Universitetində təhsil alan tələbələr də müvafiq olaraq qurbağalar və ya meyitlər üzərində müəyyən təcrübələr aparır. Dərs prosesində müvafiq həşəratlar, məsələn, qurbağa, qarışqa və digər bu qəbildən olan canlılar üzərində hər hansı bir təcrübənin aparılmasına icazə verilir. Sadəcə həmin canlıya işgəncə verilməmək şərtilə, ən azından bu şagirdlərin gözü önündə edilməməlidir. Təcrübə olaraq nələrisə öyrətmək mümkündür. Əgər bir təcrübəni keçiriksə, bunun geniş auditoriyaya, mediaya bu şəkildə paylaşılması doğru deyil. Ümumiyyətlə, keçdiyimiz təcrübə kənar şəxslərə mənəvi cəhətdən mənfi enerji ötürürsə, bu kimi hallara yol verilməməlidir. Paylaşılan həmin görüntüdə isə qurbağaya olan işgəncə düzgün deyil”.

Ekspert bildirir ki, istənilən halda müəlliməni burda haqlı və ya haqsız tərəf kimi çıxarmaq da doğru olmaz:

“Burda müəllimə öz üzərinə düşən dərsi keçir. Sadəcə bu görüntülər paylaşılmaqla müəyyən qalmaqal yaradıb. Amma bütün bunlara baxmayaraq, müəllimə Təhsil Nazirliyi tərəfindən cəzalandırılmamalıdır”.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*