
İyulun 31 və avqustun 1-i Azərbaycanda Qurban bayramı günləri hesab edilir. Bayram günlərində insanların rahat daşınması üçün Bakıda metropoliteni işini yenidən bərpa edə bilərmi?
Bununla bağlı KONKRET.az-a danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bununla bağlı bizim bir söz demək səlahiyyətimiz yoxdur:
“Bununla bağlı qərarı Operativ Qərargah və Nazirlər Kabineti verə bilir. Çünki səlahiyyət onlardadır. Hazırda Bakıda metropolitenin fəaliyyətini tənzimləyən də onlardır. Bizdə olan son məlumat odur ki, avqustun 5-nə kimi Bakıda metropoliteni sərnişin daşımayacaq. Qurban bayramına görə o qərarın dəyişib-dəyişməyəcəyi ilə bağlı heç bir məlumatımız yoxdur. Əgər qərarda hər hansı bir dəyişiklik olarsa, Operativ Qərargah tərəfindən insanlarımıza məlumat veriləcək”.
Nərgiz Mirzəyeva,
KONKRET.az
