DYP-dən Hacı Məhərrəmin həyat yoldaşının törətdiyi qəza ilə bağlı AÇIQLAMA – YENİLƏNİB+FOTOLARbackend

Hacı Məhərrəmin həyat yoldaşının törətdiyi qəzanın DETALLARI AÇIQLANDI - YENİLƏNİB+FOTOLAR

Abşeronda üç avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası ilə bağlı yeni detallar məlum olub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov KONKRET.az-a açıqlamasında bildirib ki, yol nəqliyyat hadisəsi Sumqayıt şəhər sakini Əliyev Emil Şahin oğlunun idarə etdiyi, 99-SP-611 dövlət nömrə nişanlı “Mercedes C klass” markalı avtomobilin sürücüsünün kobud qayda pozuntusu nəticəsində baş verib:

“Belə ki, “Mercedes C klass” yüksək sürətlə hərəkət edən zaman əks istiqamətli zolağa çıxıb və bu zaman “Nissan” markalı avtomobillə toqquşub. Toqquşmadan sonra “Mercedes” idarəetməni itirərək qarşıdan gələn “Mercedes Gelandewagen” markalı avtomobilə çırpılıb. Nəticədə “Nissan” markalı avtomobildə olan bir nəfər yüngül xəsarət alıb”.

19:21

Abşeronda üç avtomobil toqquşub, 2 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə Duz gölünün yaxınlığında baş verib.

Belə ki, 90-HN-009 dövlət nişanlı “Mercedes” markalı avtomobili idarə edən Hüseynova Gülnar Əsəd qızı sükana nəzarəti itirib. Avtomobil “Nissan”a, daha sonra “Mercedes” və “VAZ 2106” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza zamanı üç nəfər xəsarət alıb.

Qeyd edək ki, “Mercedes Galandewagen”nin sürücüsü Gülnar Hüseynova “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşıdır. APA

“Qurtuluş-93” MTK rəhbərinin həyat yoldaşı qəza törədib,xəsarət alanlar var - FOTO

“Qurtuluş-93” MTK rəhbərinin həyat yoldaşı qəza törədib,xəsarət alanlar var - FOTO

“Qurtuluş-93” MTK rəhbərinin həyat yoldaşı qəza törədib,xəsarət alanlar var - FOTO

“Qurtuluş-93” MTK rəhbərinin həyat yoldaşı qəza törədib,xəsarət alanlar var - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*