Elm dünyası planetin təbii mühitində mövcud olmayan, lakin laboratoriyalarda və sənayedə istehsal olunduğu öyrənilən bir sıra mayeləri bilir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, məsələn, bir metal olan civə təmiz formada təbiətdə yoxdur. Civə otaq temperaturunda ərimiş vəziyyətdə bir maye kimi istifadə edilir. Bu maddə elektrik cərəyanını keçirir, əksər səthləri nəmləndirmir və dəmir əşyaları batırmır.
Elə bir maye var ki, otaq temperaturunda adi suya bənzəyir, lakin xassələri ondan çox fərqlidir. Bu maddəyə isə “quru su” deyilir. Elmi adı isə “Novec 1230”-dur. Kimyəvi formulu CF3CF2C(O)CF(CF3)2 (perfluoroetil izopropil keton) təşkil edir. Formuladan göründüyü kimi, maddənin su ilə heç bir əlaqəsi yoxdur. Ancaq bəzi fiziki xüsusiyyətlərə görə oxşarlığı var.
“Quru su” 1990-cı illərdə sintez edilib. ZM şirkəti onu “Novec 1230” ticarət nişanı altında qeydiyyatdan keçirib.
“Quru suyun” fiziki xassələri aşağıdakılardır: sıxlıq 1,72 q/sm³ (sudan yüksək), qaynama temperaturu 49,2 °C, ərimə nöqtəsi mənfi 108 °C. “Quru su”, yəni perfluoroetil izopropil keton zəhərli deyil. Lakin ultrabənövşəyi radiasiyanın təsiri altında insanlar üçün zəhərli maddələrə (hidrogen florid) çevrilə bilər.
“Novec 1230” adi sudan daha çox axıcılığına görə fərqlənir. Buna görə də səthləri çox zəif isladır. Suda həll olunmur, buna görə də canlı orqanizmlərin toxumalarına nüfuz edə bilməz və canlılar üçün təhlükəsizdir.
Bu qəribə maye əsasən harada tətbiq olunur? “Quru su” binaların daxili yanğınsöndürmə sistemlərində istifadə edilir. Xüsusilə elektronika (serverlər) və arxivlər (sənəd saxlama, kitabxanalar) yerləşdiyi yerlərdə də “qara su” mükəmməl bir vasitəyə çevrilib.
Elmi fakta görə, buxarlanan zaman “quru su” çox enerji alır. “Novec 1230”-un faydalı xüsusiyyətləri odur ki, “Quru su” sənədləri korlamır, çünki kağızı islamır və boyanı həll etmir.
“Quru su” kompüter avadanlıqlarının soyutma sistemlərində də istifadə edilə bilər. Lakin onun bahalı olması bu üsulu adi istifadəçilər üçün əlçatmaz edir. “Novec 1230”-un bir litri 20 dollardır.
Quru su ilə təcrübələr bu videoda göstərilir:
“Quru su”dan başqa harada istifadə edilə bilər? Bəzi elmi-fantastik filmlərdə bu maddədən geniş istifadə edilir. “Novec 1230”-da qazlar olduqca asanlıqla həll olunur. Amma heç kim, hətta heyvanlar üzərində belə təcrübələr aparılmayıb.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az