Quyu qazan fəhlənin başına dəmir düşdübackend

Quyu qazan fəhlənin başına dəmir düşdü

Goranboy sakinin başına dəmir parçası düşüb.

KONKRET.az xəbər verir ki, hadisə Rəhimli kəndi ərazisində baş verib.

1962-ci il təvəllüdlü Musayev Maqsud Knyaz oğlu qeyd olunan ərazidə subartezian quyusu qazılarkən ehtiyatsızlığın qurbanı olub. Onun başına ağır dəmir boru düşüb.

Müxtəlif bədən xəsarərləri alan işçi öncə rayon mərkəzi xəstəxanasına çatdırılıb, daha sonra Gəncədəki klinikalarından birinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*