R.Köçəryan: “Ermənistanın kobud səhvləri danışıqlarda mövqelərimizi zəiflədib”backend

R.Köçəryan: "Ermənistanın kobud səhvləri danışıqlarda mövqelərimizi zəiflədib"

KONKRET.az yerli erməni mediasına istinadən xəbər verir ki, keçmiş prezident, hazırda həbs olunan Robert Köçəryan Qarabağ münaqişəsi ətrafındakı fikirlərini bölüşüb. O vurğulayıb ki, Ermənistan qlobal və regional proseslər kontekstində Qarabağ tənzimlənməsi ilə bağlı pis vəziyyətə düşüb: “Ermənistan tərəfinin kobud səhvləri üzündən danışıqlarda mövqelərimiz zəifləyib. Baş nazirin “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi danışıqların xalqların öz müqəddəratını təyin etmə prinsipindən uzaqlaşmasına səbəb oldu. Bu isə Ermənistanı dövlətlərin ərazi bütövlüyünün arzuolunmaz müstəvisinə apardı. Keçmiş prezident qeyd edib ki, Paşinyan və Əliyevin “lift əlaqələri” əslində bizim üçün çox vacib olan və Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmaları ləğv edib”.

Köçəryanın sözlərinə görə, “Ermənistan rəhbərliyinin ziddiyyətli açıqlamaları nizamlanmaya dair açıq şəkildə ortaya qoyulmuş mövqenin olmaması erməni tərəfinin konstruktivliyinə şübhə yaradıb. Üstəlik mövqeyimiz ictimai sferada vasitəçilərin qiymətləndirmələri çərçivəsindən kənara çıxıb.

Məhkum prezident qeyd edib ki, iki ölkə arasında atəşkəs potensialı da azalıb, çünki dünya birliyinin qlobal ziddiyyətlərin böyüməsi səbəbindən sülhün qorunması üçün kifayət qədər azalan bir mənbəyi var. “Həm də başa düşməliyik: müharibə vəziyyətində, onun miqyası və dağıdıcı nəticələri indiyə qədər baş verənlərlə müqayisədə çətin olacaq. Münaqişə tərəfləri tərəfindən həddindən artıq çox silah və sursat yığılıb. Bəlkə bunu dərk etmək sonra gec olacaq. Amma bu, müharibə haqqında heç bir təsəvvürü olmayan hazırkı hökumətə və onun Facebook tərəfdarlarına məsuliyyət əlavə edəcək”.

Robert Köçəryan hesab edir ki, ölkənin təhlükəsizliyi nəinki silahlı qüvvələrin döyüş hazırlığı, silahların keyfiyyəti və miqdarından asılıdır, həmçinin milli vəzifələr ətrafında ictimai əhval-ruhiyyə və konsensus da vacib amillərdir. Bu gün cəmiyyətdə belə bir bənzər cərəyan, ziddiyyətlər vəziyyət hələ heç vaxt olmayıb.

“Qarabağ və Ermənistanın hakim elitaları arasındakı mürəkkəb münasibətlər, müharibə qəhrəmanlarının ruhdan düşməsi, döyüşləri keçən generalların aşağılanması, həlak olmuş hərbiçilərin xatirəsinə hörmətsizlik cəmiyyətin vətənpərvərlik hisslərini məhv edir. Bu, çox təhlükəlidir”.

Robert Köçəryan əlavə olaraq bunları vurğulayıb:

“Ermənistanın və Qarabağın təhlükəsizlik məsələlərinə dair geniş fikirlərimi bölüşdüm. Ölkəni gözləyən açıq-aşkar çətinliklər və təhdidlər barədə danışdım. Amma görünən odur ki, təhlükəsizlik dövlətin müstəsna məsuliyyəti olduğu halda başda duranlar güclərini, rahatlığını və şəxsi təhlükəsizliyini təmin etmək barədə düşünürlər”.

Qeyd edək ki, keçmiş prezident 1 mart 2008-ci ildə etirazları dağıtmaq üçün konstitusiya quruluşunu devirməkdə ittiham olunur. Ermənistanın eks-prezidenti 2018-ci ildə iki dəfə həbs edilib. Bu ilin 25 iyun tarixində üçüncü dəfə həbs edilib. İrəvanın ümumi yurisdiksiya məhkəməsi  7 noyabrda keçirilən iclasda Köçəryanı azad olunması barədə vəsatətini rədd edərək həbs qərarını qüvvədə saxlayıb.

KONKRET.az

 

Bir cavab yazın