Liviyanın paytaxtı Tripolidə yeganə mülki hava limanı olan Mitiqaya raket zərbələri endirilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu səbəbdən aeroportda uçuşlar dayandırılıb.
Raket zərbələrinin kim tərəfindən gerçəkləşdirildiyi hələki bəlli deyil.
Mitiqa hava limanı son illərdə bomba və hava zərbələri nəticəsində yaranan risklərə görə dəfələrlə fəaliyyətini dayandırmalı olub.
Hazırladı: Günel MUSEYİB
