Ramin Bayramlı özəl xəstəxanalara səsləndi – “Gec olur”backend

Ramin Bayramlı özəl xəstəxanalara səsləndi - "Gec olur"

“Bəzən özəl xəstəxanalarda kompüter tomoqrafiyasından (KT) keçən şəxslərlə bağlı məlumatlar TƏBİB-ə gec daxil olur”.

KONKRET.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, belə halların azalması üçün özəl tibb müəssisələri ilə danışıqlar aparılır:

“TƏBİB özəl xəstəxanaları daha da həmrəy olmağa çağırır. Çünki bəzən xəstələr qanda saturasiya 50%-ə düşdükdən sonra bizə müraciət edir. Bu isə onların sağlamlıqları üçün ciddi riskdir.

Belə vəziyyətdə həmin şəxsləri dərhal tənəffüs aparatına qoşmaq lazımdır. Əks halda, xəstəni itirə bilərik. Bunun qarşısının alınması üçün məlumatlar vaxtında ötürülməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*