Ramiz Mehdiyev AMEA-nı belə TƏRK ETDİ – VİDEObackend

Ramiz Mehdiyev AMEA-nı belə TƏRK ETDİ - VİDEO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bugünkü toplantısı başa çatıb.

Xəbər verildiyi kimi Akademiyaya yeni prezident təyin olunana qədər AMEA prezidentinin səlahiyyətlərinin icrasını Birinci vitse-prezident, akademik Arif Həşimov davam etdirəcək.

KONKRET.az xəbər verir ki, Rəyasət Heyətinin toplantısından təxminən 1 saat sonra Akademiyanın keçmiş prezidenti Ramiz Mehdiyev binanı tərk edib. O, jurnalistlərin suallarını cavablandırmayıb. Sadəcə bildirib ki, AMEA-nınmətbuat katibinə iclasda baş verənlər barədə məlumat verilib.

Media mənsubları ilə sağollaşaraq xidməti avtomobilinə minərək AMEA-dan uzaqlaşıb.

Qeyd edək ki, AMEA-nın yeni prezidenti yaxın vaxtlarda təşkil olunacaq ümumi yığncaqda təsdiq olunacaq./bizimmedia

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*