AMEA prezidenti postundan istefa verməsi ilə gündəmə gələn Ramiz Mehdiyevin bu gün yenidən işə gəlməsi əməlli-başlı çaşqınlıq yaradıb.
KONKRET.az xəbər verir ki, Mehdiyev Baku TV-yə müsahibəsində istefasını elan etdiyini, lakin bununla bağlı hələ Prezidentə müraciə ünvanlamadığını deyib.
Akademikin bu açıqlaması və hələ də AMEA-dakı işinə gəlməsi əsl müəmma yaradıb.
