AMEA Mətbuat xidmıtinin www.science saytında yerləşdirilmiş məlumatını oxuyanda gözlərimə inana bilmədim. Sandım ki, müxalifətin Milli Şurasının bəyanatını oxuyuram.
Əlbəttə ki, mətbuat xidmətinin AMEA rəhbərliyinin icazəsi olmadan belə məlumat yaya bilməyəcəyini hər kəs bilir. Deməli, AMEA rəhbərliyi “şir ürəyi” yediyini gizlətmək istəmir.
Görəsən, “Milli Məclisin ənənəvi növbətçi trolları olan Fəzail Ağamalı və Etibar Əliyev kimi saxta deputatlar” iddiasına görə məhkəməyə birbaşa yolun açıldığının fərqindədirmi? Şərəf və isgüzar nüfuz məsələsi artıq kandarın ağzındadır.
“…bu iftiraların daha ucadan səslənməsi üçün Etibar Əliyevi millət vəkili təyin edib, ona ciddi don geyindirməyə çalışıblar, ancaq görünən odur ki, bunu bacarmayıblar” iddiası parlament seçkilərinin saxtalaşdırılmasına açıq-aşkar işarədir. Müxalifətin çörəyinə yağ sürtməkdir. Çünki parlamentə “təyin” olunmaq müxalifətin irəli sürdüyü sevimli arqumentdir. Təəssüf ki, Etibar Əliyevə “ciddi don geyindirmək istəyən” qüvvənin adı çəkilməyib. Cəmiyyət, heç olmasa, həngaməçinin adını bilərdi.
“Cib müxalifəti” kəlməsi isə Prezident Administrasiyasının siyasi partiyalarla əməkdaşlıq əlaqələrini şübhə altına alan qüvvələrin istinad etdiyi fikirdir.
Heyrət! AMEA ilə radikal müxalifət qüvvələrinin ortaq fikrə gəldiyi günü də gördük.
“AMEA-nın nüfuzunun qorunması və institut əməkdaşlarının gözdən salınmaması məqsədilə Rəyasət Heyətində həmin yoxlamanın (söhbət Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan gedir) nəticələrinin ictimailəşdirilməməsinə qərar verdik” fikrini dilə gətirənlərin şəffaflıq məsələsindən xəbəri varmı? Yoxsa cidanı çuvalda gizlətmək işlərinə yaramayanda “pandorra qutusu”nu açmaq xülyasına düşüblər?
İndi hüquq-mühafizə orqanlarına Nəcəf Müseyibli kimilərinin dağıtdıqları dövlət vəsaitlərinin büdcəyə geri qaytarmaq çağırışını etmək və bunu azad olunmuş Qarabağ torpaqlarında gedən quruculuq işlərinə dəstək göstərmək kimi qələmə vermək artıq gülməli deyil, ağlamalıdır.
“Vaqif Abbasov da əmin olsun ki, yaxın zamanda onun da maskası bütün ictimaiyyətin gözləri önündə cırılacaq” fikri isə akademik davranışdan və tərbiyədən kənar ifadədir.
Xatirə Sadiq,
KONKRET.az

Bu qədər mənasız, arqumentsiz yazı yazmaq həqiqətən gülməli deyil, ağlamalıdır. Qara məni basınca mən qaranı basım düşüncəsi ilə sağdan, soldan, yuxarıdan, ağağıdan, qurşaqdan aşağı vurulan əsassız zərbələrə sakitcə razılaşıb cavab verməmək bu opponentlərə görə ən düzgün yol olmalıdır. İnsana yaraşmayan ən tərbiyəsiz ifadələri qəbul etmək (məsələn, TULA kimi), belələrinə cavab verməmək, susmaq bu cızma-qaraçılara görə ən doğru yol olmalıdır. Bu cızma-qaraçılar elə düşünürlər ki, onların məlum xordakı uyğunsuz səslərini kimsə anlamır, saxta timsah göz yaşlarının arxasında nə gizlətdiklərini başa düşmürlər. Bibliyada İsayya peyğımbərin kitabındakı fikirlərin onlara dəxli olmadığını düşünürlər: 5.8.:Vay o adamların halına ki, xeyiri şər, şəri xeyir, şirini acı, acını şirin, zülməti işıq, işığı zülmət kimi görürlər. Haçansa ilahi ədalətlə üzləşməyəcəklərini fikirləşirlər. Bu günkü fürsətdən istifadə edib hər cür sayıqlamanı AMEA rəhbərliyi, onun sayğıdəyər Rəyasət Heyəti üzvləri haqda söyləmək olar. Mən Rəyasət Heyəti üzvlərini şəxsən tanıyıram. Onların dövlətçiliyə, Dövlət başçısına sədaqətləri haqda da müəyyən bilgiyə malikəm. Onları absurd ittihamlarla suçlamaq, onlara iftira atmaq PAK, NAMUSLU insanlara çamur atmaqdır. Bu proses sona çatanadək bunun davam edəcəyi şübhəsizdir.