“Real Madrid” derbidə 1:0 hesabı ilə “Atletiko” üzərində qələbə qazanıb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, matçda yeganə qolu 56-cı dəqiqədə Kərim Benzema Mendinin ötürməsindən sonra rəqibin qapısına vurub.
“Real” 21 oyuna qədər bütün turnirlərdə qələbə qazanma seriyasını uzadıb və 49 xal toplayaraq turnir cədvəlində ikinci pillədə yerləşən “Barselona”dan 6 xal irəli çıxıb.
Düzdür, kataloniyalılar 22-ci turun matçını bazar günü oynayacaqlar.
“Atletiko” isə 36 xalla beşinci yerdə qərarlaşıb, lakin turun nəticələrinə görə yeddinci yerə düşə bilər.
“Real Madrid” – “Atletiko Madrid” 1: 0
Qol: Benzema, 56
Babək Göyüş
KONKRET.az
